Ultrasonoqrafiya – ultrasəs dalğaları vasitəsi ilə orqanizm toxumalarının müayinəsidir
Ultrasəs müayinəsi (USM) səs dalğaları vasitəsilə daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə heç bir mənfi təsiri olmadığı təsdiqlənmişdir. Daha informativ və praktiki cəhətdən asan olan bu metod qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi, mədəaltı vəz və s.) müayinəsində geniş istifadə edilir.