Urologiya

Urologiya Aran klinika Salyan

Urologiya


Uroloq qadın və kişilərin sidik-cinsiyyət sistemi xəstəliklərini müalicə edir. Urologiya andrologiya, ginekologiya və pediatriya kimi sahələrlə sıx əlaqədədir.

Kişi xəstələrində uroloq eyni zamanda androloji problemləri də həll edir. Belə mütəxəssis uroloq-androloq adlanır. O, sidik kisəsi, cinsiyyət orqanları və sidik yollarının iltihabi xəstəlikləri, böyrək daşı, cinsi infeksiyalar, cinsi zəifliyin müalicəsi, erkən boşalmanın aradan qaldırılması ilə məşğul olur.

Qadın cinsindən olan pasiyentlər uroloqa sidik sisteminin iltihabi patologiyaları, böyrək daşı xəstəliyi, uşaqlar isə sidik sisteminin inkişaf anomaliyaları səbəbindən müraciət edirlər.


İlkin konsultasiya anamnezin toplanmasi ilə başlayır: xəstədən şikayətləri soruşulur, keçirdiyi xəstəliklər haqqında məlumat alınır. Daha sonra sidik-cinsiyyət orqanlarının fiziki müayinəsi aparılır. Əgər xəstə kişidirsə, ilkin baxışda həkim – penis, xayalıq, qasıq limfa düyünləri, prostatı əllə yoxlayır.

Profilaktik məqsədilə 40 yaşdan yuxarı kişilərə ildə 1 dəfə uroloqun müayinəsindən keçmək tövsiyə olunur.

Qadın pasiyentlərdə uroloq ginekoloji kresloda müayinə apara bilər. Uşaqların müayinəsi isə valideynlərin iştirakı ilə aparmalıdır. Sidik-ifrazat sistemi xəstəliklərinin qarşısını almaq üçün uşaqları ildə 1 dəfə müayinəyə aparmaq məsləhətdir.

Daha sonra həkim xəstəni laborator və instrumental müayinələrə yönləndirir. Müayinənin nəticələrinə əsasən diaqnoz qoyulur və müalicə təyin edilir.


Uroloq

[ Urologiya Andrologiya Salyan / Aran Regional Klinika Urologiya / hekim Uroloq /  Uroloq qiymeti qiyməti / Uroloq Androloq həkimi Salyan ]

Uroloq

Aşağıdakı əlamətlərlə qarşılaşdıqda uroloqun müayinəsinə getmək zəruridir:

  • sidik ifrazının ağrılı olması;
  • sidik kisəsinin tam boşalmaması hissi;
  • sidiyə getmənin çətinləşməsi;
  • sidiyin bulanıqlaşması və ya rənginin qəfil dəyişməsi, daxilində çöküntülərin olması;
  • prostatitə şübhə yaranması;
  • qarnın aşağı hissəsində ağrının baş verməsi.

Axırıncı 2 simptom temperaturun yüksəlməsi, əzginlik, iştahın uzunmüddətli azalması, susuzluq əlamətləri ilə müşayiət oluna bilər.

Bundan əlavə cinsi orqanlarda hər hansı dəyişiklik, ereksiyanın (penisin sərtləşməsi) pozulması, erkən və ya gec boşalma kimi şikayətlər yarandıqda uroloq-androloqun konsultasiyasına getmək lazımdır.


Aran-Regional-klinika-logo-1

ARAN Regional Klinika - geniş profilli özəl tibb mərkəzi olaraq MRT (Maqnit-Rezonans Tomoqrafiya), KT (Kompyuter Tomoqrafiya), Rentgen, USM (Ultrasonoqrafiya), Laboratoriya, Terapiya, Qastroenterologiya, FEQDS (Qastroduodenoskopiya), Kolonoskopiya, LOR (Otorinolarinqologiya), Kardiologiya, EKQ (Elektrokardioqrafiya), Exo-KQ, Endokrinologiya, Nevrologiya, Pediatriya, Fizioterapiya, Urologiya, Oftalmologiya, Umumi cərrahiyyə, Flebologiya, Dermatologiya, Travmatologiya, Ginekologiya, Kosmetologiya, Psixologiya tam peşəkar və məsuliyyətli tibbi xidmətlər göstərir.

ARK.az - Aran Regional Klinika © 2022