Umumi cərrahiyyə

Umumi cərrahiyyə Aran klinika Salyan

Umumi cərrahiyyə


Ümumi Cərrahiyyə, bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə bir yerdə, ümumi (yara yaxşılaşması, yaralanmaya metabolik və endokrin cavabı kimi) məsələləri əhatə edən və onların inkişafı baxımından bir çox cərrahi və əsas tibb sahəsinə birbaşa təsir etmiş bir texniki intizamdır.

Ümumi Cərrahiyyə xəstələrinin böyük bir hissəsi müxtəlif tipdə xərçəng xəstəliklərindən ibarətdir. Bu xəstələr üçün diaqnostik, əməliyyat və sonrakı müalicə mərhələlərinin planlaşdırılması Qastroenteroloji, Radyologiya/ icraedici Radyologiya, Patologiya, Medikal və Radiasiya Onkologiyası ilə əməkdaşlıq içində fəaliyyət göstərir.


Bu gün Ümumi Cərrahiyyə deyilincə: tiroid cərrahiyyəsi, məmə cərrahiyyəsi, yemək borusu, mədə, incə və qalın bağırsaqlar, makat xəstəlikləri (hemorroid), qaraciyər, pankreas, öd kisəsi və öd yolları, yırtıq cərrahiyyəsi anlaşılmaqdadır.

Göründüyü kimi, günümüzdə ümumi cərrahiyyə mövzularını əhatə edən tək ümumi cərrahiyyə təhsili olmaqla birlikdə, daha çox meylilik ümumi cərrahiyyə mütəxəssisliyindən sonra daha spesifik sahələr üzrə ixtisaslaşma olduğu yönündədir.

Deməli, Ümumi Cərrahiyyəni Hepato-pankreato-biliyar Sistem və ya Qaraciyər-pankreas-öd kisəsi və Yolları CərrahiyyəsiGastro-bağırsaq cərrahiyyəsi və ya Həzm Sistemi Cərrahiyyəsi (yemək borusu, mədə, incə və qalın bağırsaqlar və makat bölgəsi xəstəlikləri) və Tiroid (endokrin) – döş Cərrahiyyəsi olaraq ələ almaq ümumi bir tətbiqdir.


Ümumi cərrahiyyə

[ Umumi cərrahiyyə Salyan / Aran Regional Klinika Umumi cərrahiyyə / hekim Cərrah /  Umumi cərrahiyyə qiymeti qiyməti/ cərrah həkimi Salyan ]

Ümumi cərrahiyyə

Son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır, yırtıq plastikası üçün orqanizmə tam inert, reaksiya verməyən ən son texnologiyalarla hazırlanmış və araşdırmalarla zərərsizliyl təsdiq olunmuş alloplastik materialdan istifadə olunur.

Ümumi cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir:

  • Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)
  • Hepatopankeatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri)
  • Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq)
  • Proktoloji xəstəliklər (hemorroy, anal fistula, anal çat və s.)
  • Yırtıq cərrahiyyəsi
  • Süd vəzisi xəstəlikləri
  • Dəri və yumşaq toxumaların cərrahi xəstəlikləri
  • Laparoskopik cərrahiyyə

Aran-Regional-klinika-logo-1

ARAN Regional Klinika - geniş profilli özəl tibb mərkəzi olaraq MRT (Maqnit-Rezonans Tomoqrafiya), KT (Kompyuter Tomoqrafiya), Rentgen, USM (Ultrasonoqrafiya), Laboratoriya, Terapiya, Qastroenterologiya, FEQDS (Qastroduodenoskopiya), Kolonoskopiya, LOR (Otorinolarinqologiya), Kardiologiya, EKQ (Elektrokardioqrafiya), Exo-KQ, Endokrinologiya, Nevrologiya, Pediatriya, Fizioterapiya, Urologiya, Oftalmologiya, Umumi cərrahiyyə, Flebologiya, Dermatologiya, Travmatologiya, Ginekologiya, Kosmetologiya, Psixologiya tam peşəkar və məsuliyyətli tibbi xidmətlər göstərir.

ARK.az - Aran Regional Klinika © 2022