Travmatologiya

Travmatologiya Aran klinika Salyan

Travmatologiya


Travmatologiya tibb elminin sahələrindən biri olub travma nəticəsində əmələ gələn xəstəlikləri müaicə edir. Bu xəstəliklərə travma nəticəsində əzələ və sümük toxumasında baş verən xəstəliklər aiddir. Travmatologiyanın müalicə etdiyi xəstəliklərə yaralanmalar, sınıqlar, çıxıqlar, yanıqlar, əzilmələr və s. aiddir. Travmatologiya sahəsi təcili yardım tələb edən bir sahədir. Belə ki, travma səbəbindən əmələ gələn xəstəliklərin əksəriyyətinə təcili yardım etmək lazım gəlir.


Travmatologiya sahəsi sümük və qığırdaq toxumasının müxtəlif xəstəlikləri ilə də məşğul olur. Travmatologiyanın bu bölməsi ortopediya adlanır.

Travma səbəbli əmələ gələn xəstəliklər dərmanla və ya cərrahi yolla müalicə edilir. Bu sahənin çərin və təcili yardım tələb edən tibb sahəsi olduğuna görə bu sahədə xüsusi olaraq ixtisaslaşmış həkimlər işləyir.

TravmatologiyaOrtopediya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.

Oynaqların endoprotezləşdirilməsi (artroplastikası), artroskopik cərrahiyyə, yuxarı və aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, yumşaq toxuma əməliyyatları, uşaqlarda ortopedik və travmatoloji əməliyyatlar, əl və mikrocərrahiyyə və s. bu kimi əməliyyatlar uğurla icra olunur.


Travmatologiya

[ Travmatologiya Salyan / Aran Regional Klinika Travmatologiya / hekim Travmatoloq /  Travmatoloq qiymeti qiyməti/ Travmatoloq həkimi Salyan ]

Travmatologiya

Ortopediya və travmatalogiya əzələ-skelet sisteminin bütün qazanılmış, böyüməyə və ya travmalarla əlaqədar xəstəlikləri tanımaq, bu problemlerin həllini tapmaq, mualicə etmək və xəstələrin səhhətinə qovuşmasını təmin etmək üçün lazım olan bütün tətbiqatların ümumi adıdır. Ortopediya və travmatalogiya insan vücudunun çiyin, qollar, əl, onurğa, bud- çanaq oynağı , diz , ayaq və başqa bölgələrini mualicə edir və aşağıdaki sahələri təşkil edir;

  • Uşaq Ortopediyası
  • Artroplastika
  • Artroskopik cərrahiyyə
  • Diz cərrahiyəsi və idman yaralanmaları
  • Onurğa xəstəlikləri
  • Çiyin, əl və bilək xəstəlikləri
  • Bud-çanaq oynağı  xəstəlikləri
  • Ayaq və ayaq topuğunun xəstəlikləri
  • Mikrocərrahiyyə və əl cərrahiyyəsi
  • Sümük kövrəlməsi (Osteoporoz)

Aran-Regional-klinika-logo-1

ARAN Regional Klinika - geniş profilli özəl tibb mərkəzi olaraq MRT (Maqnit-Rezonans Tomoqrafiya), KT (Kompyuter Tomoqrafiya), Rentgen, USM (Ultrasonoqrafiya), Laboratoriya, Terapiya, Qastroenterologiya, FEQDS (Qastroduodenoskopiya), Kolonoskopiya, LOR (Otorinolarinqologiya), Kardiologiya, EKQ (Elektrokardioqrafiya), Exo-KQ, Endokrinologiya, Nevrologiya, Pediatriya, Fizioterapiya, Urologiya, Oftalmologiya, Umumi cərrahiyyə, Flebologiya, Dermatologiya, Travmatologiya, Ginekologiya, Kosmetologiya, Psixologiya tam peşəkar və məsuliyyətli tibbi xidmətlər göstərir.

ARK.az - Aran Regional Klinika © 2022