Rentgen şüaları daxili orqanlarda və sümük toxumasında meydana gələn xəstəliklər müayinəsidir
Rentgen-müayinə metodu yüz ildən artıqdır ki, tibbdə istifadə olunmasına baxmayaraq hələ də aktuallığını və diaqnostik əhəmiyyətini saxlamasıdır. Distansion idarəetmə sistemi ilə təchiz olunmuş GE Healthcare rəqəmli rentgen cihazında təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır.
Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Rəqəmsal rentgen aparatında şüalanma dozası adi rentgen müayinəsinə nisbətən dəfələrlə azdır.
Elektron sistemlər nəinki rengenoqrafik eyni zamanda rentgenoskopik fiksasiyanın sparılmasına imkan verir.Əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır.Əldə olunmuş nəticələri pasientin arzusu ilə rentgen filmlərinə, həm də kompüter CD-disklərə yazıla bilər.
[ Rentgen Salyan / Aran Regional Klinika Rentgen / Rentgen qiyməti / Rentgen aparatı ]