Maqnit-Rezonans Tomoqrafiya

MRT

MRT (Maqnit-Rezonans Tomoqrafiya) Aran klinika Salyan

MRT


MRT – Maqnit Rezonans Tomoqrafiya insanların daxili quruluşuna baxmaq üçün daha çox tibbdə istifadə edilən, maqnetiq dalğa ilə çalşan bir üsuldur. MRT orqanizmin müxtəlif bölgələri üçün müxtəlif məqsədlərlə tətbiq oluna bilər.

MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar.


Miqren, baş ağrılarında, nevroloji xəstəliklərdə, beyin şişindən şübhələnilən xəstələrdə, epileptik növbə keçirən xəstələrdə, göz, qulaq, çənə oynağı problemi olan xəstələrdə, onurğa problemi, disk oynamaları və disk yırtıqlarında, bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində, idman yaralanmalarında, ürək xəstəliklərində, döş və qarın daxili orqan xəstəliklərində, sümük quruluş xəstəliklərində MRT aparıla bilər. MRT təhlükəsiz və ağrısız müayinədir. Rentgen müayinəsindən fərqli olaraq insan orqanizmi üçün tamamilə ziyansızdır, hamilə qadınlar və uşaqlar da keçə bilərlər. MRT insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumaların viziullaşmasını təmin edir.


Maqnit Rezonans Tomoqrafiya (MRT)
Maqnit Rezonans Tomoqrafiya (MRT)

Maqnit rezonans tomoqrafiya (MRT) – bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir. Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur.

[ MRT Salyan / Aran Regional Klinika MRT / MRT qiyməti / MRT aparatı ]


Aran-Regional-klinika-logo-1

ARAN Regional Klinika - geniş profilli özəl tibb mərkəzi olaraq MRT (Maqnit-Rezonans Tomoqrafiya), KT (Kompyuter Tomoqrafiya), Rentgen, USM (Ultrasonoqrafiya), Laboratoriya, Terapiya, Qastroenterologiya, FEQDS (Qastroduodenoskopiya), Kolonoskopiya, LOR (Otorinolarinqologiya), Kardiologiya, EKQ (Elektrokardioqrafiya), Exo-KQ, Endokrinologiya, Nevrologiya, Pediatriya, Fizioterapiya, Urologiya, Oftalmologiya, Umumi cərrahiyyə, Flebologiya, Dermatologiya, Travmatologiya, Ginekologiya, Kosmetologiya, Psixologiya tam peşəkar və məsuliyyətli tibbi xidmətlər göstərir.

ARK.az - Aran Regional Klinika © 2022