Kolonoskopiya

Kolonoskopiya Aran klinika Salyan

Kolonoskopiya


Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müainəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir.


Bundan başqa, maşayabənzər alətlə bağırsağın selikli qişasından kiçik toxuma nümunələri də götürmək (Biopsiya) və onu mikroskop altında müayinə etmək mümkündür. Tələb olunarsa nazik bağırsağın son santimetrlərinə də baxmağa cəhd etmək olar. Əgər yoğun bağırsağın bütün hissələrinə deyil, yalnız bağırsağın aşağı hissəsi olan düz bağırsağa baxılırsa, bu halda söhbət Rektoskopiyadan (düz bağırsaqın müaynəsi) gedir.

Bağırsağın müayinəsi həm ambulator şəraitdə, əksər hallarda daxili xəstəliklər üzrə ixtisaslaşmış müayinəxanada, yaxud da stasionar şəraitdə Həkim-Qastroenteroloq tərəfindən aparılır.


Kolonoskopiya

[ kolonoskopiya Salyan / Aran Regional Klinika kolonoskopiya / hekim kolonoskopiya ]

Kolonoskopiya

Müxtəlif şikayətlərin aydınladırılması zamanı bağırsaqların müayinəsi qaçılmaz ola bilər. Belə şikayətlərə defekasiya aktının istənilən növ pozulması, qanlı nəcis, naməlum səbəbli arıqlama, qarında ağrı aiddir. Nəcisdə qan gözlə görünən və gizli ola bilər. Gizli qan nəcis testi ilə aşkarlana bilər.

Kolonoskopiyadan öncə bağırsaq tamamilə nəcisdən təmizlənməlidir ki, selikli qişa tam müşahidə oluna bilsin. Kolonoskopiyaya bir neçə gün qalmış karbohidratlarla zəngin qidalar (məs., kəpəkli undan bişirilmiş çörək, kivi, üzüm) qəbul olunmamalıdır. Müayinəyə 24 saat qalmış ağır yeməklər yeyilməməlidir. Daha çox maye qəbulu (məs., su, çay) tövsiyyə olunur.


Aran-Regional-klinika-logo-1

ARAN Regional Klinika - geniş profilli özəl tibb mərkəzi olaraq MRT (Maqnit-Rezonans Tomoqrafiya), KT (Kompyuter Tomoqrafiya), Rentgen, USM (Ultrasonoqrafiya), Laboratoriya, Terapiya, Qastroenterologiya, FEQDS (Qastroduodenoskopiya), Kolonoskopiya, LOR (Otorinolarinqologiya), Kardiologiya, EKQ (Elektrokardioqrafiya), Exo-KQ, Endokrinologiya, Nevrologiya, Pediatriya, Fizioterapiya, Urologiya, Oftalmologiya, Umumi cərrahiyyə, Flebologiya, Dermatologiya, Travmatologiya, Ginekologiya, Kosmetologiya, Psixologiya tam peşəkar və məsuliyyətli tibbi xidmətlər göstərir.

ARK.az - Aran Regional Klinika © 2022